“Ludoqorets”də baş məşqçi Georgi Dermençiev istefaya göndərilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Qafqazinfo” Bolqarıstan mətbuatına istinadən məlumat yayıb.
Bildirilib ki, mütəxəssisin qovulma səbəbi “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdir. Evdəki darmadağından sonra qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan klubun rəhbərliyi məşqçini yola salıb.
“Ludoqorets”ə müvəqqəti olaraq Zahari Sirakov rəhbərlik edəcək.
Qeyd edək ki, Georgi Dermençiev 2023-cü ildən “Ludoqorets”in baş məşqçisi idi.