Fransa aviaşirkəti "Air France" və onun törəmə şirkəti "Transavia France" Livana uçuşları bu həftə bərpa etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Air France" nümayəndəsi məlumat yayıb.

Bildirilib ki, fasilədən sonra ilk uçuş sabah baş tuta bilər. O qeyd edib ki, şirkət Yaxın Şərqdə baş verən hadisələri izləyir və gələcək qərarlar son vəziyyətlərdən asılı olacaq.

Qeyd edək ki, iyulun 29-da hər iki aviaşirkət Yaxın Şərqdə gərginliyin artması fonunda Livana uçuşları ləğv edib.

 

Gözəl Həşimova