İyulda Böyük Britaniyada istehlak qiymətləri illik ifadədə 2,2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Ərzaq, alkoqol, tütün və enerji xərcləri (əsas inflyasiya, CPI Əsas indeksi) istisna olmaqla qiymətlər iyulda illik ifadədə 3,3%, aylıq ifadədə isə 0,1% artıb.

Ölkədə pərakəndə qiymət artımı (RPI) illik 3,6%-ə qədər sürətlənib.