"Sabah” – “Sent Patriks” oyununa bilet satışı davam edir.

İqtisadiyyat.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 5500 bilet satılıb.

Stadionun ümumi tutumu isə 8700-dür. Azarkeşlər “iticket.az” saytından bilet əldə edə bilərlər.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq