Böyük Britaniya iqtisadiyyatı bu ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,6% böyüyüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin məlumatında deyilir.

Aprel-iyun aylarında xidmət sektorunda 0,8% artım, istehsal və tikinti sektorunda 0,1% azalma qeydə alınıb.

İstehlak xərcləri 0,4%, biznes investisiyaları 0,4%, dövlət xərcləri isə 1,4% artıb.

 

Gözəl Həşimova