Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi qripə qarşı peyvənd alır.

İqtisadiyyat.az xəbər verir ki, dörd valentli, bir dozalıq şprisdə 50.000 ədəd peyvənd sifariş edilib.

Qurum sifarişin icrasını  "Azəri Med" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib.

Mərkəzlə dərman şirkəti arasında 1 milyon manata yaxın vəsait həcmində müqavilə bağlanılıb.