AFFA İntizam Komitəsi “Neftçi”nin müdafiəçisi Ervin Koffini cəzalandırıb.

İqtisadiyyat.az saytı xəbər verir ki, buna səbəb futbolçunun Misli Premyer Liqasının II turunda “Səbail”lə oyundan sonra azarkeşlərə kənar əşya atması olub.

Komitə bu hərəkətinə görə, Koffini 2 oyunluq cəzalandırıb, bakılıları 2000 manat cərimələyib.

Matçın ardından azarkeşləri tərəfindən iğtişaş törədilən “Neftçi” daha 4000 manat ziyana düşüb.

“Səbail” isə 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cəriməyə məruz qalıb