Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən İqtisadiyyat.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə issələrinun qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2510kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270kv.m. sahədə yanıb.

Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub

***

20:00

Ucar şəhərində bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək

***

19:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək