"İran Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarda iştirak etmir və iştirak etmək niyyətində deyil".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat verib.

İran diplomatik missiyasının bəyanatında deyilir: "Biz Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə HƏMAS ilə İsrail rejimi arasında dolayı danışıqlarda iştirak etməmişik və belə danışıqlarda iştirak etmək niyyətində deyilik". 

Daha əvvəl "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, İran Qəzza zolağında eskalasiya başlayandan bəri ilk dəfə olaraq Fələstin anklavında atəşkəslə bağlı danışıqlara nümayəndə göndərmək imkanını nəzərdən keçirir. Agentliyin məlumatına görə, İslam Respublikasının nümayəndəsi atəşkəs danışıqları zamanı ABŞ ilə diplomatik əlaqələri saxlamaq üçün pərdəarxası müzakirələrdə iştirak edə bilər.