Afrika İttifaqı Afrika ölkələrində sürətlə yayılan meymun çiçəyi virusuna qarşı qitə miqyasında ictimai səhiyyədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya açıqlama verib.

"Meymun çiçəyinin Kontinental Təhlükəsizlik İctimai Səhiyyə Fövqəladə Halı elan edilməsi özbaşınalıq deyil, bu, məsuliyyətdir", - Kaseya qeyd edib.

Afrikadakı hökumətləri meymun xəstəliyinin yayılmasının qarşısını almaq üçün Afrika CDC ilə işləməyə çağıran Kaseya, epidemiyaya qarşı qitəyə peyvənd gətirməyi vəd edib. Kaseya yoluxma və ölümlərin sayı ilə bağlı həftəlik görüşlərin keçiriləcəyini bildirib.

Virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasında (KDR) olub.