İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını yenə azaldır.  

İqtisadiyyat.az xəbər verir ki, MMC nizamnamə kapitalını 3 220 000 manat dəyərindən 3 195 075.10 manat dəyərinə azaldığını elan edib.

Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb. 2021-ci ildə şirkət nizamnamə kapitalını 4,5 milyon manatdan 2,5 milyon manata endirib. 2022-ci ilin fevralında kapitalı yenidən 4,5 milyon manata çatdırılıb.Amma həmin ilin aprelində təkrar olaraq bu rəqəm 3,7 milyon manatadək azaldılıb.