ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Ukraynaya səfər edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink "X" səhifəsində məlumat verib.

"O'Brienin Kiyevdə olması güclü siqnaldır: Birləşmiş Ştatlar Ukraynaya dəstəyini davam etdirir", - o, O'Brayenlə fotosunu yerləşdirərək yazıb.

Səfərin proqramı və rəsminin Ukraynada nə qədər qalacağı barədə məlumat verilmir.