Bu ilin yanvar-iyul aylarında Çinin daşınmaz əmlak sektoruna investisiyalar illik müqayisədə 10,2% azalaraq 852 milyard dollara düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.

Rəsmi məlumata görə, ölkədə tikintisi başa çatan binaların ümumi sahəsi, o cümlədən daşınmaz əmlak sektoru bu dövrdə 21,8% azalıb. Tikintisi davam edən mənzil sektorunda isə azalma 12,7% (4,91 milyard kvadratmetr) olub.

Ölkənin daşınmaz əmlak bazarını sabitləşdirmək üçün Çin Xalq Bankı may ayında ev almaq şərtlərini, o cümlədən alıcılar üçün ilkin ödənişin azaldılmasını kəskin şəkildə sadələşdirib. Həmçinin, məlumata görə, ölkə hakimiyyəti eyni məqsədlər üçün xeyli sayda satılmamış mənzillər və yaşayış binaları almaq imkanını nəzərdən keçirir.

 

Sadiq Cavadov