Azərbaycanın Əməkdar müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Hikmət Məmmədov vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Bildirilıib ki, o, uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hikmət Süleyman oğlu Məmmədov 1938-ci ildə anadan olub. O, 1975-ci ildən AzMİU-da çalışıb. Təqaüdə çıxana qədər ali təhsil müəssisəsinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışıb. 2012-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adı, 2018-ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif olunub. AzMİU-nun fəxri professoru olan H.Məmmədov 30 dərslik və dərs vəsaiti, 1 monoqrafiya və 200- ə yaxın elmi məqalələrin müəllifidir.