Bu ilin yanvar-iyul aylarında Çinin şəhər əhalisi arasında orta işsizlik səviyyəsi illik müqayisədə 0,2 faiz bəndi azalaraq 5,1% təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu abrədə Çin Dövlət Statistika İdarəsi bildirib.
Məlumata görə, ölkədə şirkət işçilərinin iş müddəti həftədə 48,7 saat qiymətləndirilir.
Rəsmi məlumatlara əsasən, 2023-cü ildə Çin hakimiyyəti 12,44 milyon yeni iş yeri yarada bilib. Ötən il ölkədə işsizlik səviyyəsi 0,4 faiz bəndi azalaraq 5,2 faiz təşkil edib.
Gözəl Həşimova