Türkiyədə işsizlik səviyyəsi iyun ayında 0,7 bənd artaraq 9,2 faizə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Bu dövrdə Türkiyədə 15 yaşdan yuxarı olan işsizlərin sayı 234 min nəfər artaraq 3 milyon 305 min nəfərə çatıb. İşsizlik səviyyəsinin kişilər üçün 7,6 faiz, qadınlar üçün isə 12,4 faiz olduğu təxmin edilib.

İyunda məşğul əhalinin sayı may ayı ilə müqayisədə 341 min nəfər azalaraq 32 milyon 522 min nəfərə, məşğulluq səviyyəsi isə 0,6 bənd azalaraq 49,3 faizə düşüb.

 

Gözəl Həşimova