Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri normallaşdırmaq və bərpa etmək üçün addımlar atıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu respublikanın Baş naziri İrakli Kobaxidze bildirib.

O qeyd edib ki, ölkələr arasında münasibətləri bərpa etmək üçün ədalət, düzgün, sağlam düşüncəli yanaşma lazımdır və əlavə edib ki, Tibilisi Vaşinqtondan müvafiq qarşılıqlı addımlar gözləyir.

Eyni zamanda, Gürcüstan hökumətinin başçısı hansı tədbirlərin görüldüyünü açıqlamayıb.