Nigerdə ​​iyun ayından bəri yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 94-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Niger Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şiddətli yağışlardan 135 min 156 adam zərər görüb.

Leysan nəticəsində yaranan sel və torpaq sürüşmələrində 94 nəfərin həyatını itirdiyi, minlərlə insanın evsiz qaldığı bildirilib.

Nigerdə ​​yağışlı mövsüm iyunda başlayır və sentyabrda bitir.

 

Gözəl Həşimova