Rusiya hərbçiləri hərbi infrastruktur obyekti olmayan Xarkov vilayətinin Slobojanskoye kəndində yaşayış məntəqələrini vurublar.

Bu barədə  Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb.

Müxtəlif mənbələrə görə, ikisi uşaq olmaqla 5-7 nəfər ölüb.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 71 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb. Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.