Ukrayna Avropa İttifaqından (Aİ) 2 milyard avroluq makromaliyyə yardımı alıb. Bu vəsaitlər ölkənin Nazirlər Kabinetinə veriləcək 5 milyard avroluq yardım paketinin ilk hissəsidir.

“RBC-Ukrayna” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“Bloomberg”in məlumatına görə, Aİ Ukraynaya noyabrın ikinci yarısında 2,5 milyard avro, dekabrda isə daha 500 milyon avro ayıracaq.