Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti avqustun 1-dən bəri ilk dəfə olaraq 81 dollar/bareldən yuxarı qalxıb.

İqtisadiyyat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:31-ə olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 1,72% artaraq 81,03 dollar olub.

Bakı vaxtı ilə saat 19:46-da Brent fyuçersləri artımı sürətləndirib və 81,08 dollar (+2,04%) səviyyəsində ticarət edilib.

Bununla yanaşı, sentyabrda çatdırılma üçün WTI markalı neftin fyuçerslərinin qiyməti də öz artımını sürətləndirib və bir barel üçün 78,56 dollar (+2,05%) təşkil edib.