Bugünlərdə Azərbaycan Mərkəzi Bank (AMB) cari ilin iyul ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini açıqlayıb. 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, vətəndaşların hər dəfə banklarla bağlı şikayət etməsinin nə dərəcədə haqlı olub-olmamasına diqqət etmək lazımdır. O bildirib ki, adətən, şikayətlər kreditlə bağlı olur: “Bəzi hallarda isə vətəndaş kredit gecikməsinə görə bankdan xahiş edir ki, əlavələr gəlməsin. Amma bu, şikayət deyil, bankdan xahişdir. Bank bunu edə də bilər, etməyə də bilər. Amma bəzən görürük ki, bank krediti düzgün saymır. Belə olduqda vətəndaş şikayəti tam əsaslıdır”.

Ə.Həsənov vurğulayıb ki, son vaxtlar şikayətlər ən çox bank kartlarından vəsaitin itməsi ilə bağlıdır. Onun sözlərinə görə, belə halların sayı artıb. Ekspert həmçinin öz təcrübəsinə əsasən ən çox şikayət olunan banklarla bağlı söyləyib ki, burada haqlı və haqsız məqamlar da olur.

Ötən ay ən çox şikayət olunan digər banklar isə aşağıdakılardır:

 

Sadiq Cavadov