İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağının hər yerində 30 müxtəlif hədəfə zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücum edilən hədəflər arasında "silah anbarları", "hərbi qurğular" və "tank əleyhinə raket buraxılış qurğusunu" olub.

Bundan əlavə, İsrail quru qüvvələri sektorun cənubundakı Rəfah şəhəri ərazisində əməliyyatlarını davam etdirir. Xüsusilə, avqustun 11-də səhər saatlarında tuneldən "terrorçu dəstə"nin çıxdığını görən hərbçilər hədəfi hava zərbəsi ilə məhv ediblər. 

Hərbçilər həmçinin bildiriblər ki, avqustun 10-da qoşunlar İsrail ərazisinə mərmilərin atıldığı əraziyə zərbələr endirib və HƏMAS-ın raket bölməsinin istifadə etdiyi hərbi struktura hücum ediblər.