Dövlət Gömrük Komitəsi (DGK) işçiləri üçün geyim formaları alır.

İqtisadiyyat.az xəbər verir ki, uniformaları komitəyə "Hermano" şirkəti təhvil verəcək.

Kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi, uzunqol köynək, üçdüymə köynək, yaz-payız, yay və qış beysbolkası, şalvar və s. sifariş edilib.

DGK gömrük geyimlərinin satın alınması ilə bağlı "Hermano" şirkəti ilə müqavilə bağlayıb.

Müqavilənin dəyəri 1 milyon manatdır.