Bu ilin birinci yarısında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsi 249,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44% azdır.

Hesabat dövründə ölkədən Rumıniyaya ixrac 226,3 milyon dollar təşkil edib. Azərbaycanın Rumıniyadan idxalının dəyəri isə 22,9 milyon dollar olub.

 

Gözəl Həşimova