"Fələstin Prezidenti Mahmud Abbas avqustun 12-14-də Moskvaya səfər edəcək və avqustun 13-də Rusiya lideri Vladimir Putinlə görüşəcəyini gözləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl məlumat verib.

"Prezident avqustun 12-də axşam gəlir. Çərşənbə axşamı Prezident Putinlə görüş gözlənilir və bundan əvvəl Mahmud Abbas avqustun 14-də Moskvada naməlum əsgərin məzarına gül qoyacaq. Həmçinin ərəb səfirləri ilə görüş olacaq", - o vurğulayıb.

Diplomatın sözlərinə görə, əsas müzakirə mövzusu Fələstin-İsrail münaqişəsi olacaq: "Qəzzadakı vəziyyət, Rusiyanın nə edə biləcəyi barədə danışacaqlar. Rusiya bizə yaxın bir ölkədir".