Türkiyənin cənubundakı Mersin vilayətində ildə 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulmuş Çukurova Beynəlxalq Hava Limanı açılıb.

İqtisadiyyat.az xəbər verir ki, avqustun 11-dən etibarən Aeroflot Adana və Mersin şəhərləri arasında yerləşən hava limanına uçuşlara başlayacaq.

Çukurova Hava Limanına uçuşlar Adanadan köçürülür və həftədə beş dəfə həyata keçiriləcək. Ekspertlərin fikrincə, uçuşlar əcnəbilər arasında daşınmaz əmlakın əldə edilməsinə görə üçüncü yerdə olan regiona Rusiyadan turist axınını artıracaq. Rusiya Mersin vilayətində Türkiyənin ilk Akkuyu atom elektrik stansiyasını tikir və yeni hava limanı əraziyə nəqliyyat imkanlarını yaxşılaşdıracaq.

Çukurova Türkiyənin 58-ci hava limanı olub, onun tikintisi 244,5 milyon avroya başa gəlib. 3500 m uzunluğunda uçuş-enmə zolağı CAT-II standartlarına uyğun tikilib və geniş gövdəlilər də daxil olmaqla bütün növ təyyarələri qəbul edib yola salmaq qabiliyyətinə malikdir. Magistral yolun Mersin və Adanadan hava limanına qədər bir hissəsi çəkilib və gələcəkdə hər iki şəhərdən 23 dəqiqəyə sürətli qatarla getmək mümkün olacaq. 

Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çukurova Hava Limanının Türkiyənin region və dünya üçün hava qapısı olacağını qeyd edib.