Avqustun 13-ü saat 06:00-dan avqustun 16-sı saat 19:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,32-23,22 kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.