"Rusiyaya dəstək verən Çin şirkətlərinə qarşı sanksiyalar genişləndirilməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə avqustun 11-də Finlandiyanın iqtisadi inkişaf naziri Ville Rydman Helsingin "Sanomat" qəzetinə məlumat verib.

"Əgər şirkətin bu və ya digər şəkildə Rusiyaya töhfə verdiyini açıq şəkildə nümayiş etdirmək olursa, bəli, ona sanksiya tətbiq edilməlidir və bu sanksiyalar genişləndirilə bilər, genişləndirilməlidir", - Rydman qeyd edib.

İyunun sonunda Rydman Çinə səfər edib. Onun sözlərinə görə, nazirlərin görüşlərində Aİ-nin Ukraynadakı əməliyyatları dayandırması üçün Çinin Rusiyaya təzyiq göstərməsi tələbini çatdırıb.

Bundan əvvəl Çinin müdafiə naziri Donq Jun bildirmişdi ki, Çin nə Rusiyaya, nə də Ukraynaya silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.