Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT DTİHB müşahidəçilərinə müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, müraciət qurumun avqustun 12-də keçirilən iclasında səsləndirilib.

MSK sədri deyib ki, əgər çatışmazlıqlar haqqında məlumat verilməsə, çatışmazlıq olmayıb kimi qəbul ediləcək.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 267 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Beynəlxalq müşahidəçilər 29 qurum və 46 ölkəni təmsil edir.