Litvanın bir neçə pilotsuz uçuş aparatı (PUA) istehsalçısının məhsullarının ilk partiyası sentyabrda Ukraynaya çatdırılacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi BNS agentliyinə məlumat verib.

"Operatora real vaxt rejimində cihazın kameralarından görüntüləri görməyə imkan verən "First Person View" PUA-ları sentyabrın ikinci yarısında Ukraynaya təhvil veriləcək", - məlumatda deyilir.

Litvanın beş PUA istehsalçısı PUA-ları hərbi şəraitdə sınaqdan keçirib və cihazları Ukraynaya tədarük edəcək.

Litva Müdafiə Nazirliyi Ukrayna üçün PUA layihəsinə 5 milyon avro ayırıb. Eyni PUA-lar Litva ordusu üçün də alınacaq. Bunun üçün isə 3 milyon avro ayrılıb. 

.