Azərbaycanla Böyük Britaniya arasında bu ilin birinci yarısında ticarət dövriyyəsinin həcmi 290,8 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 88% çoxdur.

Hesabat dövründə Azərbaycan Britaniyadan 126,5 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 164,3 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova