"İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında Xan Yunisin şimalındakı Əl-Cəla bölgəsində Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyat keçirəcək və bu səbəbdən yerli əhalini təxliyə etməyə çağırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İDF bölgədə terror təşkilatlarına qarşı əməliyyat keçirmək niyyətindədir və Əl-Cəla yaxınlığında qalan əhalini müvəqqəti olaraq humanitar zonaya təxliyə etməyə çağırır", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İsrail hərbçiləri vərəqələr atmaqla, həmçinin ərəb dilində SMS və media mesajları vasitəsilə yerli sakinləri məlumatlandırır.