"Xəzər regionunun birləşdirici rolu onun iqtisadi, nəqliyyat və geostrateji potensialı nəzərə alınmaqla artacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Türkmənistandakı müvəqqəti işlər vəkili Pyotr Şukin "Xəzər dənizi – sülh və dostluq dənizi" adlı elmi-praktik konfransda çıxışı zamanı deyib.

"Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən ən mühüm birləşdirici halqa kimi rolu daha da artacaq", - Şukin qeyd edib. 

O əlavə edib ki, hazırda Xəzər regionunun bütün ölkələrindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artır.

Diplomat həmçinin bütün Xəzəryanı dövlətləri, o cümlədən Rusiyanın Xəzər Şurasının yaradılması ideyasının həyata keçirilməsində fəal əməkdaşlığa çağırıb.