"Demokratların vitse-prezidenti, mənim rəqibim Kamala Harris platforma təşəbbüslərimi, xüsusən də xidmət işçiləri üçün vergini ləğv etmək ideyamı oğurlayıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Respublikaçıların prezidentliyə namizədi Donald Tramp bildirib.

"Bal ayı dövrü"nün sonuna yaxınlaşan və anketlərdə ciddi şəkildə uduzmağa başlayan Kamala Harris mənim vergi siyasətimi kopyaladı. Bu, Trampın ideyası idi, onun heç bir ideyası yoxdur, o, onları yalnız məndən oğurlaya bilər", - keçmiş ABŞ lideri "Truth" sosial şəbəkəsində yazıb.

Şənbə günü Harris Nevada ştatının Las-Veqas şəhərində keçirilən mitinqdə pul vergilərini ləğv etmək barədə söz verib. Bundan əlavə, o, ABŞ-də qiymətlərin aşağı salınması üçün tədbirlər görəcəyini vəd edib.

Tramp əvvəllər dəfələrlə pul vergilərinin ləğvi lehinə çıxış edib.