Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

O, yaralıların müalicəsinin davam etdiyini xatırladıb. 

Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.