Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

İqtisadiyyat.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.