Ukraynanın energetika sahəsindəki vəziyyət ağır olaraq qalır, amma o, idarəolunandır.

İqtisadiyyat.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

“Rusiya ordusu enerji sahəsinə hücumlarını əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Oktyabrın 10-dan 20-dək ölkəmizin 16 regionunda 400-dən çox obyekt, o cümlədən onlarla energetika obyekti atəşə tutulub. Eyni zamanda, Ukraynanın energetika obyektləri davamlı kiberhücumlara məruz qalır. Bir həftədən artıqdır energetika infrastrukturuna zərbələr endirilməsinə baxmayaraq, vəziyyət ağır, amma idarəolunan olaraq qalır”, - o deyib.