Çin Kommunist Partiyasının XX qurultayında 69 yaşlı Si Cinpin üçüncü dəfə ölkənin sədri seçilib.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, oktyabrın 22-də partiyanın qurultayı başa çatıb. Bu ali orqanın qurultayı hər 5 ildən bir keçirilir.

Qeyd edək ki, Si Cinpin 1953-cü il iyunun 15-də Çinin paytaxtı Pekin şəhərində anadan olub. O, 2012-ci il noyabrın 15-dən Çin Kommunist Partiyasının Baş katibi, 2013-cü il martın 14-dən isə Çin Xalq Respublikasının Sədridir. Habelə Si Cinpin 2012-ci il noyabrın 15-dən Mərkəzi Hərbi Şuraya da başçılıq edir.