Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə atdığı bir neçə raket Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən vurulub.

İqtisadiyyat.az “Unian“a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitaliy Kliçko öz Telegram kanalında yazıb.

“Bu gün Kiyev istiqamətində uçan raketlər vurulub, vilayətin HHM qüvvələri onları vurub. Vətənin müdafiəçilərinə təşəkkür edirəm”, - Kliçko qeyd edib.

Həmçinin Kiyev sakinlərinə sığınacaqlarda qalmaq tövsiyə edilib, şəhərdə hava həyəcanı siqnalı davam edir.

“Elektrik enerjisinə qənaət edin və onun verilməsindəki məhdudiyyətləri anlayışla qarşılayın”, - Kliçko sakinlərə müraciət edib.