Fransanın cənub regionlarında yanacaq satışına limit tətbiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, Var, Voklüz və Yuxarı Provans Alpları departamentlərində hər avtomobilə maksimum 30 litr yanacaq verilir. Məqsəd mümkün qədər çox sürücüyə yanacaq satmaqdır. Bundan başqa, bidonlarla yanacaq alınmasına icazə verilmir. İctimai nəqliyyat, polis, təcili yardım və yanğınsöndürən avtomobillərin yanacaq təchizatında limit tətbiq edilmir.