Ukrayna NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin noyabrın sonunda Rumıniyada keçiriləcək sammitinə dəvət olunub.

Bu barədə İqtisadiyyat.az Rumıniyanın “Аgerpres” nəşrinə istinadən xəbər verir.

Bildirilib ki, sammitə Ukrayna ilə yanaşı, alyansa üzv olmayan Moldova, Gürcüstan, Finlandiya, İsveç və Bosniya və Herseqovina da dəvət olunub. Sammit noyabrın 29 və 30-da Buxarestdə baş tutacaq.

İclasda NATO-nun Madriddə keçirilən sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı dörd sessiya keçiriləcək. Tədbir iştirakçıları Ukraynadakı müharibə və enerji təhlükəsizliyi kimi mövzulara diqqət yetirəcəklər.