"OPEC+"un neft hasilatı iyulda planı sutkada 84 min üstələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in hesabatında deyilir.

İyulda OPEC-in 12 ölkəsi gündəlik 26,75 milyon barel neft hasil edib ki, bu da iyun ayı ilə müqayisədə sutkada 185 min barel çoxdur. Bu dövrdə Səudiyyə Ərəbistanı, İraq və İranda hasilat artıb, Liviyada isə azalıb.

"OPEC+" ittifaqına daxil olan, lakin OPEC-ə daxil olmayan ölkələr iyulda sutkada 14,16 milyon barel neft hasil edib ki, bu da iyun ayı ilə müqayisədə 68 min barel azdır.

Ümumilikdə, sazişdə iştirak edən "OPEC+" ölkələri iyulda hasilatı demək olar ki, sutkada 110 min barel artırıb və öhdəliklərini 84 min barel üstələyiblər.

 

Gözəl Həşimova