"Azercell" korporativ abunəçilərin istifadəsi üçün nəzərdə tutulmuş 1 GB, 5 GB, 10 GB, 50 GB aylıq yenilənən və 500 MB, 1 GB və 5 GB aylıq yenilənməyən internet paketlərini ləğv edir.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin bununla bağlı qərarı sentyabrın 2-dən etibarən qüvvəyə minəcək.

Qeyd olunan tarixdən etibarən 1 GB, 5 GB, 10 GB, 50 GB aylıq yenilənən internet paketlərindən istifadə edən və növbəti yenilənmə dövrünədək digər tarif paketlərinə keçid etməyən nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıq ilə internet paketlərinə abunəlik ilə əvəz ediləcək:

Qeyd olunan tarixdən etibarən 500 MB, 1 GB və 5 GB aylıq yenilənməyən internet paketlərindən istifadə edən nömrələr istifadə müddətinin sonunadək müvafiq paketdən yararlana biləcək.

Eyni zamanda göstərilən tarixdən etibarən fakturalı xətt sistemində korporativ abunəçilər üçün nəzərdə tutulan 60 MB və 500 MB aylıq yenilənən internet paketlərinə yeni qoşulmalar dayandırılacaq.

Qeyd olunan tarixədək müvafiq paketlərə qoşulan abunəçilərə cari abunəlik ləğv edilənə qədər standart qaydalara əsasən tarif paketindən ümumi əsaslarla istifadəyə davam etmək imkanı təqdim ediləcək. 500 MB aylıq yenilənən internet paketinə yeni qoşulmaların dayandırılması yalnız "Biznesim Geniş zolaqlı" tarif paketində olan abunəçilərə şamil edilməyəcək.

Bundan əlavə, sentyabrın 5-dən etibarən korporativ abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Biznes 10", "Biznes 16" və "Biznes 20" tarif paketləri ləğv ediləcək. Qeyd olunan tarix daxil olduğu cari faktura dövrü bitdikdən sonrakı növbəti faktura (müvafiq olaraq hər ayın 5-i və 25-i) dövrünədək digər tarif paketlərinə keçid etməyən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sada- lanan ardıcıllıq ilə daha əlverişli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.

Paket çərçivəsində təqdim edilən bu xidmətlər bitdikdə hesablama aşağıda qeyd olunan qiymətlər ilə aparılacaq:

Ölkədaxili zənglər: dəqiqəsi 0,05 AZN; SMS: 0,03 AZN; İnternet paketdə nəzərdə tutulmuş internet həcmi sona çatdıqda və başqa aktiv internet paketi olmadıqda nömrənin internetə çıxışı məhdud- laşdırılaraq abunəçi yeni bir paket almaq üçün internet.azercell.com səhifəsinə yönləndirilir. Abunəçi yeni paket almadığı təqdirdə 1 MB üçün 0,05 AZN ödəməklə internetdən istifadəni davam edə bilər.

Hesablama intervalı: zəng üçün 10 saniyə, internet üçün - 51 KB. Tarifin qeyd olunan qiymət- ləri beynəlxalq istiqamətli, o cümlədən xüsusi kodlu ( ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.