Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu ilin əvvəlindən bəri ilk dəfə olaraq neft tələbinin artımı ilə bağlı proqnozunu dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in avqust hesabatında deyilir.

Qurum 2024 və 2025-ci illərdə neft tələbinin artımı ilə bağlı proqnozunu endirib.

Proqnozlara görə, bu il neftə tələbi sutkada 2,1 milyon barel, 2025-ci ildə isə 1,8 milyon barel arta bilər. Beləliklə, neftə tələbat bu il sutkada 104,32 milyon barelə, gələn il isə 106,11 milyon barelə çata bilər.

 

Gözəl Həşimova