Rusiya XİN Avropa kommmersiya təşkilatlarının nümayəndələrini "qara siyahı"ya salıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, AŞPA-nın bir sıra deputatlarına da Rusiyaya giriş qadağan edilib.

Buna səbəb avropalı iş adamları və siyasətçilərinin Kiyevə hərbi yardımın çatdırılmasında iştirak etməsi göstərilir.

Bu qərar Rusiyanın inkişafının qarşısını almağa yönəlmiş məhdudlaşdırıcı tədbirlərə cavab olaraq qəbul edilib.