Rusiya hərbçiləri Suriya dağlarının çətin keçilən ərazilərində gizlənmiş silahlıların beş bazasına hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) respublika üzrə rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk məlumat verib.

"Rusiya Aerokosmik Qüvvələri Əl-Tənf zonasını tərk edərək, Homs və Deyr əz-Zor əyalətlərinin çətin keçilən dağlıq ərazilərində gizlənən yaraqlıların müəyyən edilmiş beş bazasına zərbələr endirib", - deyə İqnasyuk bildirib.