Avqust ayında Gürcüstan Daxili İşlər Nazirliyi miqrasiya qanunlarını pozduqları üçün Azərbaycan vətəndaşları da daxil olmaqla 33 nəfəri ölkədən çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

Bildirilib ki, qovulanların bir qismi könüllü, qalanları isə məcburi şəkildə ölkəni tərk edib. Ölkədən çıxarılanlar arasında İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları var.

 

Gözəl Həşimova