Hindistanın Müdafiə Vasitələrinin Alınma Şurası müdafiə avadanlığının əsaslı tədarükü üçün on təklifi təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilələrin ümumi dəyəri 1,5 trilyon rupi (17,3 milyard dollar) təşkil edir. Avadanlıqların əksəriyyəti Hindistanda dizayn edilmiş, işlənmiş və istehsal edilmişdir.

"Hindistan Ordusunun tank parkının modernləşdirilməsi üçün Gələcəyə Hazır Döyüş Vasitələri (FRCV) tanklarının satın alınması təklifi təsdiq edilib. FRCV üstün hərəkət qabiliyyətinə, yolsuzluq qabiliyyətinə, çoxqatlı mühafizəyə malik müasir əsas döyüş tankı olacaq", - departamentdən bildirilib.

Qeyri-rəsmi məlumata görə, söhbət 1,7 min ədəd tankdan gedir. Çatdırılma vaxtları göstərilmir.