Azərbaycanla Portuqaliya arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 412,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur.

Hesabat dövründə Portuqaliyadan Azərbaycana 8,3 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Portuqaliyaya ixracı isə 404,4 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova